Bakı.Trend:
Polşanı Rusiya tərəfindən Ukraynaya endirilən zərbələrlə əlaqədar qarşıdakı həftələr və aylar ərzində çox çətin vəziyyət gözləyir.
"TVP Info"nun məlumatına görə, bu barədə ölkənin Baş naziri Donald Tusk bildirib,
“Rusiya tərəfindən Ukraynaya qarşı getdikcə daha aqressiv mövqedən qaynaqlanan çox çətin həftələr və aylar qarşıdadır. Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı bu aqressiv addımları sərhədimizə getdikcə daha da yaxınlaşır”, – deyə Tusk bildirib.
Baş nazir qeyd edib ki, Varşava mütəmadi olaraq hərbi hava qüvvələrini işə cəlb etməli olur:
“Polşa sərhədinin yaxınlığında, xüsusən də sərhəd-keçid məntəqələrinə və sərhədə yaxın infrastruktura qarşı Rusiyanın hücumları mütəmadi xarakter alıb”.
