Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarının yumşaldılmasını nəzərdə tutan təşəbbüsü dəstəkləyib.
Bu barədə “The Atlantic” nəşri öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.
Jurnalın mənbələrinin məlumatına görə, bir neçə ay əvvəl bu ideyanı Ağ Evin rəhbərinə onun Belarus üzrə xüsusi nümayəndəsi Con Koull təqdim edib.
Onun təklifi Rusiyanın bir sıra məhbusları azad etməsi müqabilində ABŞ-nin Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi bəzi məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutur. Güman edilir ki, bu, “ABŞ-yə Rusiya nefti, dizel yanacağı, nadir torpaq mineralları və digər xammal məhsulları ilə bağlı sərfəli sövdələşmələr bağlamağa imkan verə bilər”. Nəşr qeyd edib ki, təşəbbüs hələ ilkin mərhələdədir və bundan əvvəl onun barədə məlumat verilməyib.
Nəşrin məlumatına görə, Koull bu yanaşmanı “Belarusda sınaqdan keçirir” və “Trampın razılığını aldıqdan sonra eyni üsulu Rusiyaya münasibətdə tətbiq etmək qərarına gəlib”. Materialda qeyd olunub ki, Tramp daha əvvəl Belarusdan kalium gübrələri almağa hazır olduğunu bildirib.
