Bill Geyts artıq süni intellektin 1 milyard insanın ölümünə səbəb olacağını düşünmür - Tramp

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 06:12 (UTC +04:00)
Bill Geyts artıq süni intellektin 1 milyard insanın ölümünə səbəb olacağını düşünmür - Tramp
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder və "Microsoft" şirkətinin təsisçisi Bill Geytsin mövqeyini dəyişdiyi və artıq süni intellektin 1 milyard insanın ölümünə səbəb olacağını düşünmədiyi iddia olunur.

Bu fikri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

Ağ Evdə jurnalistlər ondan Geytsin bununla bağlı açıqlamalarını şərh etməsini istəyiblər.

“O, indi artıq belə demir”, — deyə dövlət başçısı cavab verib.

“Bazar günü onun nə dediyi mənim üçün əhəmiyyət daşımır, çünki sizə deyə bilərəm ki, dünən o, ümumiyyətlə belə bir fikir səsləndirməyib, — deyə prezident iddia edib. — Əslində, o, tamamilə əks mövqe ifadə edib. Amma dinləyin, bu, sadəcə bir şəxsin fikridir. O, həqiqətən də tamamilə əks mövqe bildirib. Biz buna müsbət tərəfdən baxırıq. Bundan əlavə, deyirlər ki, süni intellekt bəlkə də ən böyük sənayedir və miqyasına görə hətta Sənaye inqilabını belə geridə qoyur”.

ABŞ lideri Geytsin sentyabrın 28-dəki çıxışını harada dinlədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Bill Geyts sentyabrın 27-də NBC News telekanalına müsahibəsində Trampın süni intellektə yanaşmasını tənqid edib və süni intellektlə bağlı risklərin qarşısını almağa yönəlmiş dövlət tədbirlərinin tətbiqinin zəruriliyini bildirib.

"Microsoft"un təsisçisi son vaxtlar dəfələrlə ictimaiyyəti süni intellektin inkişafına məhdudiyyətlər qoymağa çağırır. O, bədxah şəxslərin bu texnologiyalardan kiberhücumlar, fırıldaqçılıq və dezinformasiyanın yayılması üçün istifadə edə biləcəyini söyləyib. Bu isə xəstəxanalara, maliyyə qurumlarına, enerji və dövlət sistemlərinə zərər vura bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti