Tramp süni intellektin adının "superintellekt"ə dəyişdirilməsi barədə fərman imzalayıb

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 04:14 (UTC +04:00)
Tramp süni intellektin adının "superintellekt"ə dəyişdirilməsi barədə fərman imzalayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyasının rəhbəri Donald Tramp ABŞ federal hökumətinin terminologiyasında süni intellektin (Sİ) adının “superintellekt” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb. Sənəd çərşənbə axşamı Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Sənəddə bildirilir ki, “federal hökumət tərəfindən istifadə olunan terminologiya bu texnologiyaların transformativ imkanlarını və onların Amerika xalqı qarşısında açdığı hüdudsuz imkanları əks etdirməlidir”. Trampın fərmanında deyilir: “Bu baxımdan, “superintellekt” termini bu texnologiyaların perspektivlərini, potensialını və sürətlə inkişaf edən imkanlarını daha dəqiq əks etdirir”.

Sənəddən məlum olduğu kimi, ABŞ-ın dövlət qurumlarına və digər hökumət strukturlarına qanunla icazə verildiyi həddə rəsmi yazışmalarda, ictimaiyyətə açıqlanan məlumatlarda, internet saytlarında, hesabatlarda və qanunvericilik aktları olmayan digər sənədlərdə “superintellekt” terminindən istifadə etmək tapşırılıb. Bununla yanaşı, fərman artıq Sİ terminini ehtiva edən normativ hüquqi aktlara dəyişiklik edilməsini tələb etmir.

Daha əvvəl Tramp “süni intellekt” adlandırılmasını “uğursuz və qeyri-dəqiq” hesab etdiyini bildirib. ABŞ liderinin fikrincə, bu cür texnologiyalar “superintellekt” adlandırılmalıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-25-də Vaşinqtona dövlət səfərinin və onun ABŞ lideri ilə görüşlərinin yekunlarına dair Ağ Evin sənədlərində qeyd olunduğu kimi, ABŞ və Çin liderləri müvafiq yeni texnologiyaları ifadə etmək üçün “süni intellekt” əvəzinə “superintellekt” terminindən istifadə etmək barədə “razılığa gəliblər”.

Xəbər lenti

Xəbər lenti