Tramp texnoloji şirkətlərin rəhbərləri ilə Si Cinpinlə görüşünü müzakirə edib

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 00:31 (UTC +04:00)
Tramp texnoloji şirkətlərin rəhbərləri ilə Si Cinpinlə görüşünü müzakirə edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünü ətraflı müzakirə etdiyini bildirib.

“Bəli, biz bunu kifayət qədər ətraflı müzakirə etdik”, – deyə o, jurnalistin sualını cavablandırarkən bildirib.

“Biz Çin Xalq Respublikasının sədri Si Cinpin ilə möhtəşəm görüş keçirdik”, – deyə ABŞ lideri qeyd edib.

Tramp sentyabrın 29-da ABŞ-nin bir neçə iri texnologiya şirkətinin rəhbərləri ilə görüş keçirib. Görüşdə, xüsusilə, süni intellekt texnologiyasının inkişafı barədə danışılıb.

Si Cinpin sentyabrın 23-25-də ABŞ-da dövlət səfərində olub və Tramp ilə görüşüb. Çin liderinin səfərinin yekunlarına dair Ağ Evin yaydığı məlumata görə, Vaşinqton və Pekin süni intellekt ilə bağlı müxtəlif insidentlərin müzakirəsi üçün əlaqə kanalının yaradılması barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti