Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ağ Evdə süni intellekt sahəsinin bir sıra tanınmış nümayəndələrini qəbul edib.
Bu görüş bəzi nümayəndələrin texnologiyanın inkişafının daha ciddi şəkildə tənzimlənməsinə çağırdığı bir vaxtda baş tutub.
Süni intellektin inkişafına dair istənilən tənzimləyici məhdudiyyətə qarşı çıxan ABŞ prezidenti Donald Tramp Ağ Evdə sahənin ən iri şirkətlərinin rəhbərləri ilə keçirilən görüş zamanı “özünütənzimləmənin çox vacib olduğunu” bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, günün sonunda “süni intellekt” ifadəsinin əvəzinə “super intellekt” terminini rəsmən təsis edən sənəd imzalayacaq.
