Bakı. Trend:
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın hadisəsi qeydə alınıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsində yerləşən yarımstansiyada baş verib. İlkin məlumata əsasən, əvvəlcə partlayış olub, ardınca ərazidə yanğın meydana gəlib.
Hadisə səbəbindən rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və xüsusi texnikası göndərilib. Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin səbəbləri araşdırılır.
