Bəhreyn kralı Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib

Siyasət Xəbər 29 Sentyabr 2026 23:19 (UTC +04:00)
Bəhreyn kralı Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib

Bakı. Trend:

Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə sentyabrın 29-da Bəhreyndə keçirilən rəsmi mərasim zamanı Azərbaycanın yeni təyin olunmuş səfiri Cavidan Rizvan oğlu Hüseynovun etimadnaməsini qəbul edib.

Trend xəbər verir ki, Həməd bin İsa Al Xəlifə Hüseynovla yanaşı, Cənubi Koreya, Əlcəzair, Küveyt və Türkiyənin yeni təyin olunmuş səfirlərinin də etimadnamələrini qəbul edib.

Kral Bəhreynlə Azərbaycan arasında möhkəm ikitərəfli münasibətləri qeyd edib, iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycan səfirinə uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2025-ci ildə Bəhreyndə Azərbaycanın səfirliyinin yaradılmasının təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Bəhreyn Krallığındakı (Manama şəhəri) səfirliyinin fəaliyyəti ilə bağlı təşkilati və maliyyə məsələlərini həll etmək, habelə sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Prezident İlham Əliyevin 27 fevral 2026-cı ildə imzaladığı digər sərəncamla isə Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti