Bakı. Trend:
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 01:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.
