Bakı. Trend:
Ronaldo Jezuşun Norveçlə oyunda ona vəd etdiyi 30 dəqiqəlik oyun vaxtı verməməsindən narazıdır. Sabah futbolçu, baş məşqçi və federasiya rəhbərinin iştirakı ilə təcili görüş keçiriləcək
Federasiya rəhbəri Ronaldo ilə Jezuşu barışdırmaq üçün Kopenhagenə gəlib.
Kristiano Ronaldo ilə Jorje Jezuş arasındakı münasibətlər gərginləşib.
Record və A Bola nəşrlərinin məlumatına görə, Portuqaliya millisinin oktyabrın 1-də Danimarka ilə qarşılaşacağı Kopenhagen şəhərinə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa təcili şəkildə gəlib. O, sabah futbolçu və baş məşqçi ilə görüşərək yaranmış vəziyyəti müzakirə edəcək.
41 yaşlı kapitan Norveçlə oyunda ona 30 dəqiqəlik oyun vaxtı verilməsi vəd edilməsinə baxmayaraq, meydana buraxılmamasından narazı qalıb. Final fitindən dərhal sonra kapitan azarkeşlərə təşəkkür etmədən soyunub-geyinmə otağına yollanıb. Bu gün isə komanda ilə məşqə çıxmayıb, bunun əvəzinə oteldəki idman zalında fərdi məşq edib.
Qeyd olunur ki, vəziyyətin hələ də normallaşması mümkündür, lakin hazırda bunun nəticələri gözlənilməzdir və atmosfer gərgindir.
