2028-ci il Olimpiya Oyunları: Los-Ancelesə çatmazdan əvvəl məşəl ABŞ-nin 50 ştatından keçəcək

İdman Xəbər 30 Sentyabr 2026 05:47 (UTC +04:00)
2028-ci il Olimpiya Oyunları: Los-Ancelesə çatmazdan əvvəl məşəl ABŞ-nin 50 ştatından keçəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

2028-ci il Los-Anceles Olimpiya Oyunlarının məşəli ilk dəfə olaraq ABŞ-ın 50 ştatının hamısından keçəcək. Təşkilatçılar çərşənbə axşamı bildiriblər ki, məşəlin yürüşü Corciya ştatından başlayacaq.

Məşəl 1996-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş ABŞ-ın sonuncu şəhəri olan Atlantadan yola düşəcək və yürüşünü Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatında başa vuracaq.

“Bütün Olimpiya Oyunları vahid məşəllə başlayır və bu məşəli Los-Ancelesə qədər aparmaq böyük şərəf və imtiyazdır. Biz bu şərəfi ölkənin hər yerindəki insanlarla bölüşəcəyik, çünki 50 ştatın hamısından olan amerikalılar məşəli açılış mərasimimizə qədər onun marşrutu boyunca daşıyacaqlar”, — deyə LA28 Təşkilat Komitəsinin prezidenti Keysi Vasserman bildirib.

2028-ci ilin yazında başlayacaq məşəl yürüşünün marşrutu ilə bağlı təfərrüatlar 2027-ci ildə açıqlanacaq.

Ənənəyə uyğun olaraq, məşəl ilk olaraq qədim dövrdə Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Olimpiya şəhərində alovlandırılacaq. Daha sonra o, Atlantaya aparılacaq.

1996-cı ildə məşəl 42 ştatdan, hətta “Kolumbiya” kosmik gəmisinin göyərtəsində kosmosdan keçmişdi. 1984-cü ildə, yenə Los-Ancelesdə keçirilən Olimpiya Oyunları zamanı isə məşəl 33 ştatı dolaşmışdı.

2028-ci il Los-Anceles Olimpiya Oyunları iyulun 14-dən 30-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti