ABŞ və İran münaqişənin nizamlanması planının icrası üzrə danışıqlara başlayıb

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 12:04 (UTC +04:00)
ABŞ və İran münaqişənin nizamlanması planının icrası üzrə danışıqlara başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və İran vasitəli (birbaşa olmayan-red) danışıqlar çərçivəsində münaqişənin nizamlanması planının həyata keçirilməsi mexanizmi və zəmanətlərin razılaşdırılması mərhələsinə keçib.

Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

“ABŞ və İran arasında dolayı danışıqlar planın həyata keçirilməsi mexanizmi və zəmanətlərin təqdim olunmasının müzakirəsi mərhələsinə keçib”, - deyə telekanal həmsöhbətinin sözlərini sitat gətirib. Onun sözlərinə görə, vasitəçilər artıq İranın xarici işlər naziri Abbas Əraqçiyə Vaşinqtonun cavabını çatdırıblar.

Telekanalın həmsöhbəti bildirib ki, İranın təklif etdiyi yeddi günlük plan hər hansı irəliləyişdən danışmaq mümkün olmamışdan əvvəl “əhəmiyyətli düzəlişlərə” ehtiyac duyur. Hazırda əsas məsələlər razılaşmaların icrası ardıcıllığı və ilk olaraq hansı tərəfin hərəkətə keçəcəyi ilə bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti