Bakı. Trend:
Kürdəmir rayonunda çobanı ildırım vuraraq öldürüb.
Trend-in məlumatına görə, hadisə sentyabrın 29-da saat 17:00 radələrində rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, kənd sakini Zahir Hacalıyev xırdabuynuzlu heyvanları otararkən ildırım vurması nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
