BNF İşçi qrupunun ilk iclasında Azərbaycan yükdaşımaların genişlənməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Press-reliz 30 Sentyabr 2026 10:27 (UTC +04:00)
BNF İşçi qrupunun ilk iclasında Azərbaycan yükdaşımaların genişlənməsi müzakirə olunub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması” üzrə İşçi qrupunun ilk iclasında Azərbaycanın tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər barədə məlumat verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına görə, hibrid formatda keçirilən toplantıda RİNN, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.

Həmçinin Azərbaycan ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində ölkəmizin rolu, tranzit yükdaşımaların davamlı artımı və konteyner daşımalarının genişlənməsi, bu dəhlizlərin inkişaf hədəflərindən danışılıb. Həmçinin tranzit yükdaşımalardakı mövcud çətinliklər təhlil olunub, bu istiqamətdə görülən tədbirlər diqqətə çatdırılıb.

Bildirilib ki, infrastrukturun inkişafı ilə yanaşı, institusional koordinasiya, rəqəmsal uyğunluq və regional əməkdaşlıq da paralel şəkildə gücləndirilməlidir. BNF katibliyi Azərbaycanın təcrübəsinin aparılan araşdırmaya əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Sözügedən İşçi qrupu BNF-yə üzv ölkələrin təsdiqlədiyi 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində fəaliyyət göstərir. Mövcud beynəlxalq təcrübəni əhatə edən hesabatın, üzv ölkələr üzrə müqayisəli təhlilin və siyasət tövsiyələrinin hazırlanması nəzərdə tutulur. Azərbaycanın BNF-yə sədrliyi dövründə qəbul edilmiş “Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması” üzrə siyasət tövsiyəsi İşçi qrupunun əsas istinad sənədlərindən olacaq. Leypsiq şəhərində keçirilən zirvə toplantısında Orta Dəhlizlə bağlı səsləndirilən təkliflər də tədqiqat prosesində nəzərə alınacaq.

Nazirlikdən bildirilib ki, Azərbaycanın bu İşçi qrupunda fəal iştirakı və onun sədrliyi ilə qəbul edilən beynəlxalq sənədlərə istinad olunması ölkəmizin beynəlxalq nəqliyyat siyasətinin formalaşdırılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti