Bakı.Trend:
Yaponiyanın cənubunda Okinava prefekturasında 6.0 bal gücündə zəlzələ baş verib.
Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri ucqar Yonaquni adası ərazisində, yeraltı ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
