ABŞ Rusiya ilə qonşu olan bu ölkədə yeni hərbi baza yaradacaq

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 16:08 (UTC +04:00)
ABŞ Rusiya ilə qonşu olan bu ölkədə yeni hərbi baza yaradacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşada yeni ABŞ hərbi bazasının yaradılması məsələsi ABŞ-nin milli təhlükəsizlik strategiyasına daxil edilib.

"Reuters"in məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Bu gün səhər ABŞ-nin səfiri Tom Rouzdan Pentaqon tərəfindən həyata keçirilən milli təhlükəsizlik strategiyasının icrası barədə məlumat aldım. Bu strategiyada əksini tapan əsas məqamlardan biri Polşada ABŞ qoşunlarının daimi bazasının yaradılmasıdır”, - deyə müdafiə naziri bildirib.

Kosinyak-Kamış vurğulayıb ki, ABŞ-nin Avropadakı qoşunlarının sayına yenidən baxılması ilə bağlı planları Şərqi Avropa ölkəsinə heç bir şəkildə təsir göstərməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti