Türkiyənin "CANİK" şirkətinin zenit silahı "ADEX"də (FOTO)

Gündəm Xəbər 30 Sentyabr 2026 14:20 (UTC +04:00)
Türkiyənin "CANİK" şirkətinin zenit silahı "ADEX"də (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "CANİK" silah istehsal şirkəti tərəfindən hazırlanan "CANiK M3" zenit silahı "ADEX" sərgisində nümayiş etdirilir.

Trend-in sərgidəki müxbiri xəbər verir ki, "CANİK" şirkəti "M3 FALCON" pulemyotunu modul montaj sistemi olan "FALCON FLEX 50" ilə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17" helikopterlərinə inteqrasiya edib.

Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.

Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.

"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti