Bakı. Trend:
Bu gün tanınmış iqtisadçı, təvazökar insan İlqar Fəti-zadənin anadan olmasından 70 il ötür. O, 1956-cı il sentyabrın 30-da dünyaya gəlib. Ömrünün böyük hissəsini dövlət qulluğuna və maliyyə sisteminə həsr edən İlqar Fəti-zadə uzun və mənalı əmək yolu keçib.
Onun peşəkar fəaliyyəti 1980-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı kimi başlayıb. İlqar Fəti-zadə uzun illər Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsini daşıyıb. Bu illər ərzində o, dövlət maliyyə sisteminin müxtəlif istiqamətlərində mühüm və məsul işlərdə iştirak edib, müxtəlif dövlət qurumlarının, komissiyaların və işçi qruplarının fəaliyyətində təmsil olunub.
Lakin İlqar Fəti-zadənin portretini yalnız tutduğu vəzifələr və gördüyü işlərlə məhdudlaşdırmaq mümkün deyil. Onu tanıyanların xatirəsində o, hər şeydən əvvəl yüksək mədəniyyəti, təvazökarlığı və səmimiyyəti ilə seçilən ziyalı bir insan kimi qalıb.
O, 2022-ci il aprelin 15-də vəfat edib. Aradan illər keçsə də, İlqar Fəti-zadənin adı onu tanıyan insanların yaddaşında yalnız uzun illər dövlət xidmətində olmuş peşəkar maliyyəçi kimi deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən, sadəliyini və təvazökarlığını qoruyan ziyalı bir insan kimi yaşayır.