Dubay-Təl-Əviv reysi ilə uçan daha bir təyarə geri qaytarılıb

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 14:41 (UTC +04:00)
Dubay-Təl-Əviv reysi ilə uçan daha bir təyarə geri qaytarılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dubay-Təl-Əviv aviareysi ilə uçan daha bir sərnişin təyyarəsinə geri dönmək göstərişi verilib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə qayıdır. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl “Flydubai” şirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsi göyərtədə baş verən insident səbəbindən Dubaydan Təl-Əvivə uçuş zamanı Səudiyyə Ərəbistanına məcburi eniş edib. İlkin versiyaya görə, pilotlardan biri digər pilotu bıçaqla vurub, bundan sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb. İsrail hakimiyyəti hadisənin terror aktına cəhd olması versiyasını nəzərdən keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti