Bakı.Trend:
“Flydubai” şirkətinə məxsus sərnişin təyyarəsinin məcburi eniş etdiyi Səudiyyə Ərəbistanındakı Təbuk hava limanının sahibi olan şirkət insidentlə bağlı bəyanat yayıb.
BBC-nin məlumatına görə, bəyanata əsasən, Dubay-Təl-Əviv reysi ilə çan təyyarənin göyərtəsində meydana gələn fiziki qarşıdurmada “Flydubai” təyyarəsinin həm kapitanı, həm də ikinci pilotu xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Xəsarətlərin səbəbi hələlik açıqlanmır.
Bəyanatda qeyd olunur ki, yerli vaxtla saat 08:44-də hava limanının hava hərəkətinə nəzarət mərkəzinə “Flydubai” təyyarəsindən fövqəladə vəziyyət siqnalı daxil olub. Bu zaman təyyarə təcili eniş üçün icazə istəyib.
Açıqlamaya görə, təyyarə təxminən bir saat sonra təhlükəsiz şəkildə eniş edib.
