Bakı.Trend:
Dubaydan Təl-Əvivə uçan ““Flydubai” sərnişin təyyarəsində pilotun kapitana hücumundan sonra İsrailli, pilotluq təcrübəsi olmayan santexnik təyyarəyə nəzarətin bərpa olunmasına kömək edib.
Bunu ABŞ Prezidenti Donald Tramp 30-da Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl İsrail Baş naziri Binyamin Netanyahu ilə vəziyyətlə bağlı telefon müzakirəsi aparmış ABŞ prezidentinin sözlərinə görə, hücumdan sonra yaralanan komandir özündə güc toplayaraq kabinənin qorunan qapısını açıb və kömək istəyib.
Tramp onu qəhrəman adlandırıb və sərnişinlərin müdaxilə edə bilməsini məhz onun sayəsində mümkün olduğunu deyib.
Trampın sözlərinə görə, ilk reaksiya verənlərdən biri salonun ön hissəsinə yaxın əyləşən israilli santexnik olub. Qışqırıq səslərini eşidən kişi kabinəyə çataraq hücum edəni kreslodan çıxarıb və onu digər sərnişinlərə təhvil verib. Digər sərnişinlər isə həmin şəxsi saxlayıblar.
“Ömründə heç vaxt təyyarə idarə etməyən həmin santexnik sükanın arxasına keçib, onu özünə tərəf çəkib və təyyarə az qala qəzaya uğramamışdan əvvəl onun səmtini düzəldə bilib”, - deyə Tramp bildirib.
Prezident sərnişinin fiziki gücünü onun peşəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, daim borular daşıyan insan güclü olur. Lakin Tramp fikrinin sonunda bunun eşitdiyi məlumat olduğunu vurğulayıb.
