Bakı. Trend:
Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forum keçirilir.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə,
Forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksək
səviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir
araya gətirir.
İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın
genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün
imkanlar müzakirə olunacaq.
Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və
nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm
və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara
həsr edilmiş panel müzakirələri və sessiyalar keçiriləcək.
2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.
2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma hesab edilir.
Xəbər yenilənəcək
