Bavariya Baş naziri Mertsin Almaniya kansleri postunda qalacağını bildirib

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 01:05 (UTC +04:00)
Bavariya Baş naziri Mertsin Almaniya kansleri postunda qalacağını bildirib

Bakı. Trend:

Bavariya vilayətinin baş naziri və Xristian-Sosial İttifaqının (XSİ) sədri Markus Söder Almaniyanın hazırkı kansleri Fridrix Mertsi (Xristian-Demokrat İttifaqı, XDİ) tam dəstəklədiyini bildirib.

Bunun Markus Söder Bavariya televiziyasının efirində deyib.

O, mühafizəkarların son regional seçkilərdə uğursuzluğundan sonra XDİ/XSB blokunda yaranan fikir ayrılıqlarına baxmayaraq, onun hökumət başçısı postundakı mövqeyinin möhkəm olaraq qaldığını vurğulayıb.

“Fridrix Merts kanslerdir və o, kansler olaraq qalacaq”, – deyə o bildirib. Onun sözlərinə görə, konstitusiya baxımından Almaniya hökumətinin başçısının vaxtından əvvəl dəyişdirilməsi yalnız “ekstremal şəraitdə” mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti