Sabahdan hava kəskin dəyişəcək, temperatur 8 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ

Cəmiyyət Xəbər 30 Sentyabr 2026 19:28 (UTC +04:00)
Sabahdan hava kəskin dəyişəcək, temperatur 8 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 1-dən Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 5-8 dərəcə enəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilib.

Bildirilib, oktyabr ayının ilk günlərində ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

"1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 5-dək ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".

Məlumatda qeyd edilib ki, oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək". - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti