Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 16 faiz artıb

İqtisadiyyat Xəbər 30 Sentyabr 2026 19:52 (UTC +04:00)
Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 16 faiz artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların həcmi avqust ayında 16% artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, bu ilin avqust ayında Azərbaycanda rezident maliyyə institutları tərəfindən emissiya edilmiş Visa ödəniş kartları (həmçinin statistik vahidin ödəniş kartları) üzrə əməliyyatların sayı 166,112 milyon, əməliyyatların həcmi isə 8,308 milyard manat təşkil edib.

Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 41,066 milyon və ya 32,8% artıb, əməliyyatların həcmi isə 1,151 milyard manat və ya 16,1% yüksəlib.

AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş Visa kartları üzrə əməliyyatların sayı 1,189 milyon, əməliyyatların həcmi isə 95,6 milyon manat olub.

Bankın məlumatına əsasən, ötən ilin avqust ayı ilə müqayisədə qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş Visa kartları üzrə əməliyyatların sayı 15 mindən çox və ya 1,3% artıb, əməliyyatların həcmi isə 5,3 min manatdan çox və ya 5,3% azalıb.

Qeyd edək ki, rezident maliyyə institutları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə ərazisində fəaliyyət göstərən maliyyə institutları (yerli banklar və ya maliyyə təşkilatları) tərəfindən emissiya edilmiş ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmini və sayını əks etdirir.

Qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı isə xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən verilmiş ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyata keçirilən əməliyyatların sayını və ümumi həcmini (məbləğini) əks etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti