“Birliyin Gücü – 2026”: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri təcrübə mübadiləsi aparırlar (VİDEO)

Cəmiyyət Xəbər 30 Sentyabr 2026 19:48 (UTC +04:00)
“Birliyin Gücü – 2026”: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri təcrübə mübadiləsi aparırlar (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” hərbi təlimində qarşılıqlı təcrübə mübadiləsi aparırlar.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, təlim meydanında hər üç ölkənin hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.

Bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.

Təlimdə iştirak edən azərbaycanlı hərbi qulluqçu bildirib ki, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qardaş ölkələrin hərbçiləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. O, birgə tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinin mühüm təcrübə qazandırdığını qeyd edib.

Özbəkistanlı hərbi qulluqçu isə birgə təlimə cəlb olunan heyətin iştirakının qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, təlim çərçivəsində əldə olunan təcrübənin gələcək hərbi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Qeyd edək ki, təlim çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları müxtəlif tapşırıqları birlikdə yerinə yetirir, qarşılıqlı fəaliyyət imkanlarını təkmilləşdirir və peşəkar təcrübələrini bölüşürlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti