Dubay-Təl-Əviv reysində bıçaqla hücum edən pilot həbs olunub - Netanyahu

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 17:56 (UTC +04:00)
Dubay-Təl-Əviv reysində bıçaqla hücum edən pilot həbs olunub - Netanyahu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:


Dubay-Təl-Əviv reysində bıçaqla hücum həyata keçirən pilot həbs olunub.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

O həmçinin “Flydubai” şirkətinə məxsus təyyarədə baş vermiş insidentdən sonra təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırığı verdiyini açıqlayıb.

“Dubaydan uçan reysin fərasət və cəsarət nümayiş etdirən qəhrəmanlarına ehtiramımı bildirirəm. Mən təhlükəsizlik xidmətlərinə əlavə potensial təhdidlərə hazırlaşmaq tapşırığı vermişəm”, - deyə baş nazirin dəftərxanasının yaydığı videomüraciətdə Netanyahu bildirib.

Qeyd edək ki, sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində insident baş verib. Məlumata görə, uçuş zamanı kapitan və ikinci pilot arasında fiziki qarşıdurma yaranıb və soyuq silahdan istifadə olunub. Digər pilotların və bəzi sərnişinlərin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk aeroportuna məcburi eniş edib. Hər iki ekipaj üzvü xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, “Boeing 737 MAX 8” — uçuş zamanı qəfil ciddi hündürlük itirib. “Flightradar24” məlumatına görə, təxminən 34 min futdan 17 min fut ətrafına sürətli eniş baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti