Bakı. Trend:
Suriyanın Homs vilayətində Məsiyaf körpüsü ərazisində naməlum şəxslərin avtobusu atəşə tutması nəticəsində azı yeddi nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
Bu barədə "SANA" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hücum yerinə daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki müdafiə bölmələri gəlib. Onlar ərazini mühasirəyə alıb, həmçinin həlak olanların və yaralananların təxliyəsinə başlayıblar.
Suriyanın daxili təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları və hücum edənlərin mümkün motivləri barədə hələlik məlumat verilmir.