"Flydubai" şirkətinin İsrailə uçuşları altı gün müddətinə dayandırılacaq.

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 23:09 (UTC +04:00)
"Flydubai" şirkətinin İsrailə uçuşları altı gün müddətinə dayandırılacaq.

Bakı. Trend:

BƏƏ-nin "Flydubai" aviaşirkətinin İsrailə həyata keçirdiyi reyslər Təl-Əvivə uçan təyyarədə baş vermiş insidentdən sonra oktyabrın 1-i səhər saatlarından etibarən altı gün müddətinə dayandırılacaq.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata əsasən, insidentlə bağlı araşdırma başa çatana qədər BƏƏ-dən Təl-Əvivə reysləri Flydubai əvəzinə İsrail aviaşirkətləri həyata keçirəcək və təyyarələrdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

Bildirilib ki, bu addım sentyabrın 30-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparan BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla razılaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti