Bakı. Trend:
Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürüb.
Açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüş "Sabah"ın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.