"Google" yeni "Gemini 4 Argon" süni intellekt modelini təqdim edib

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 03:51 (UTC +04:00)
"Google" yeni "Gemini 4 Argon" süni intellekt modelini təqdim edib

Bakı. Trend:

ABŞ-nin "Google" korporasiyası yeni "Gemini 4 Argon" flaqman modelini təqdim edib. İlk mərhələdə modelə çıxış yalnız kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi şirkət və təşkilatlara təqdim olunacaq.

Bu barədə şirkətin saytında yayılan açıqlamada bildirilib.

“Bu gün "Fairwind Program" çərçivəsində etibarlı kibermüdafiə mütəxəssislərindən ibarət qrup üçün əlçatan olacaq yeni qabaqcıl "Gemini 4 Argon" modelini təqdim edirik. Bu səviyyədə qabaqcıl imkanlara malik modelin təhlükəsiz şəkildə istifadəyə verilməsi mərhələli yanaşma tələb edir. Biz ABŞ hökumətinin modelə rəsmi təqdimatından əvvəl çıxış əldə edilməsini və istifadəçi dairəsinin tədricən genişləndirilməsini nəzərdə tutan könüllü proqramında fəal iştirak edirik. Argon-u tərtibatçılar, müəssisələr və istifadəçilər üçün əlçatan etməzdən əvvəl test edən şəxslərdən rəylər toplamağa və təhlükəsizlik tədbirləri üzərində işləməyə davam edəcəyik”, – deyə korporasiyanın saytında yayılan açıqlamada bildirilir.

Korporasiya qeyd edib ki, "Gemini 4 Argon" proqramlaşdırma, hüquq və maliyyə sahələrində məsələlərin həlli, həmçinin kibertəhlükəsizlik məqsədləri üçün istifadə oluna bilər. Yeni süni intellekt modeli artıq "Google"un “daxili iş proseslərində” istifadə olunur, proqramlaşdırma və tədqiqatların aparılmasında tətbiq edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti