Türkiyənin Mersin şəhərinin meri saxlanılıb

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 10:25 (UTC +04:00)
Türkiyənin Mersin şəhərinin meri saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Mersin şəhərində ələdiyyələrə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.

Bu barədə "Haber 7" məlumat yayıb.

Eyni vaxtda keçirilən əməliyyat zamanı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri (mer-red) Vahap Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncerin də aralarında olduğu 59 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İstintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsində aparılan araşdırmalar zamanı 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min lirə məbləğində dövlət vəsaitinə zərər vurulduğunun müəyyən edildiyi bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti