Bakı.Trend:
Pakistan Əfqanıstanın şərq və cənub bölgələrinə zərbələr endirib.
Bu barədə Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiullah Mücahid "X" sosial şəbəkəsində məlumat verib.
Zərbələr nəticəsində 9 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı bildirilir.
Mücahidin sözlərinə görə, Kunar əyalətinin Çuqam və Hilmənd əyalətinin Səfər bölgələrində yaşayış evləri zərbələrə məruz qalıb.
