Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq - Yaşar Güler

Cəmiyyət Xəbər 1 Oktyabr 2026 15:17 (UTC +04:00)
Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq - Yaşar Güler
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xocavənd. Trend:

Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu cümə axşamı Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Birliyin Gücü – 2026” birgə hərbi təlimdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.

Nazir təlimin mükəmməl şəkildə həyata keçirildiyini bildirib və bütün iştirakçıları təbrik edib.

“Bu gün burada sizinlə bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Təlim mükəmməl şəkildə həyata keçirildi. Bütün təlim iştirakçılarını təbrik edirəm. Qırğız və qazax qardaşlarımızın da növbəti təlimlərə qatılacağına ümid edirəm”, – deyə o qeyd edib.

Yaşar Gülər bölgədəki vəziyyətin hazırlıqlı olmağı zəruri etdiyini vurğulayıb:

“Biz bölgəmizdəki vəziyyəti təhlil edərək “Hazır ol cəngə” deməkdən başqa çarəmiz olmadığını görürük. Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti