Mobil səhra hospitalında ürək və beyin əməliyyatları aparmaq mümkündür - ordunun baş reanimatoloqu (FOTO)

Cəmiyyət Xəbər 1 Oktyabr 2026 17:19 (UTC +04:00)
Mobil səhra hospitalında ürək və beyin əməliyyatları aparmaq mümkündür - ordunun baş reanimatoloqu (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xocavənd. Trend:

Mobil səhra hospitalında ürək və beyin əməliyyatları da aparmaq mümkündür.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu cümə axşamı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının anesteziologiya və reanimasiya şöbəsinin rəisi, Azərbaycan Ordusunun baş reanimatoloqu Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mobil səhra hospitalı döyüş və hücum zamanı yaralılara tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub. Hospitalın tibbi heyəti travmatoloqlar, cərrahlar, təcili tibbi yardım həkimləri və digər tibb personalından ibarətdir.

“Səhra hospitalı bütün zəruri tibbi avadanlıqlarla təchiz olunub. Burada çeşidləmə və diaqnostika bölmələri, laboratoriya, rentgen avadanlığı və səyyar qan bankı mövcuddur. Hospitalda hətta ürək və beyin cərrahiyyəsi əməliyyatlarını da həyata keçirmək mümkündür”, – deyə Anar Məmmədov qeyd edib.

Onun sözlərinə görə, yaralılar xüsusi xərəklərlə hospitala gətirilir, müayinə olunur və vəziyyətlərinə uyğun zəruri tibbi tədbirlər görülür. Müayinənin nəticələrinə əsasən, cərrahi müdaxilə və ya təxliyə barədə qərar verilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti