Bakı.Trend:
"Azərsilah Holding"ə daxil olan "Zireh" MMC tərəfindən ADEX-2026 sərgisində yeni yüksək enerjili lazer sistemi təqdim olunub.
Trend-in əməkdaşının sərgidən verdiyi məlumata görə, silah tənzimlənə bilən teleskopik qundaqla təchiz edilib.
"MB-24000" adlanan bu sistem hava hücumundan müdafiə məqsədilə, yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkar olunması və məhv edilməsi üçün nəzərdə tutulub.
Sistem üzərində yerləşən 8 kilometrə qədər təsir radiusuna malik radar və kamera sistemləri vasitəsilə hədəfləri aşkar etmək və izləmək mümkündür. Keçirilən sınaqlar zamanı 3-4 kilometrə yaxın məsafədə olan kiçik hədəflər uğurla aşkar olunaraq zərərsizləşdirilib.
Lazer sistemi hədəflərin effektiv izlənməsi üçün süni intellekt əsaslı texnologiya ilə təchiz edilib.
