Bakı. Trend:
2026-cı ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub. 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib.
Bu barədə Milli Hidrometeorologiya Ximdətinin verdiyi məlumatda qeyd edilib.
Bildirilib ki, orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu
da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında sentyabr ayında maksimal
temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə
isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın
minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da
13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin
tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.
Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə
yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və
leysan xarakterli olub. Ümumilikdə, bölgələr üzrə 26 gün yağıntılı
hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında
aylıq normanın 160 faizi olmaqla 23 mm (Hacıqabul), Balakən-Şəki
zonasında aylıq normanın 106 faizi olmaqla 90 mm (Zaqatala), Bakı
və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 mm
(Maştağa) təşkil edib.
Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində,
eləcə də Tovuz rayonunun Çobansığnaq kəndində dolu müşahidə
olunub.
Sentyabr ayında Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 m/s-yə çatıb.
