Bakı.Trend:
Sülh sazişinin imzalanması və ratifikasiyası Ermənistan hökumətinin strateji prioritetlərindən biri olmalıdır.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh artıq reallığa çevrilib, lakin hələ tam institusional rəsmiləşmə əldə etməyib.
“Hökumətin ən mühüm vəzifəsi insanların bu gözləntisini sona çatdırmaq və məqsədə nail olmaqdır”, - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, bu istiqamətdə əsas addımlar sülh sazişinin imzalanması və daha sonra ratifikasiya edilməsi olmalıdır. Baş nazirin sözlərinə görə, hökumətin gələcək siyasi strategiyası məhz bu məqsəddən çıxış edərək formalaşdırılmalıdır.
