London-İstanbul aviareysində ekipaj üzvünə hücum olub

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 14:44 (UTC +04:00)
London-İstanbul aviareysində ekipaj üzvünə hücum olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Ajet” aviaşirkətinin London – İstanbul reysini yerinə yetirən təyyarəsinin göyərtəsində sərxoş vəziyyətdə olan sərnişinlə bağlı insident baş verib.

Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

İnsident sentyabrın 30-da VF-1990 reysində baş verib. “Ajet”in məlumatına görə, kişi yanında oturan qadını narahat etməyə başlayıb və bundan sonra ekipaj üzvləri müdaxilə edib.

Xəbərdarlıqlara baxmayaraq, sərnişin aqressiv davranışını davam etdirib. Onu sakitləşdirməyə cəhd zamanı sərnişin stüardessaya və digər sərnişinə hücum edərək hər ikisini dişləyib. Nəticədə iki nəfər xəsarət alıb.

Qaydanı pozan sərnişinə uçuş təhlükəsizliyinin təmin edilməsi qaydalarında nəzərdə tutulan tədbirlər tətbiq edilib.

Təyyarə İstanbulun Sabiha Gökçen hava limanına endikdən sonra kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. O, saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti