Moldova XİN Rusiyaya nota verib

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 16:27 (UTC +04:00)
Moldova XİN Rusiyaya nota verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanına üç pilotsuz uçuş aparatının daxil olmasından sonra Rusiyanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini Xarici İşlər Nazirliyinə çağırıb və ona etiraz notası təqdim edib.

Bu barədə Moldova Xarici İşlər Nazirliyi rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

“Xarici İşlər Nazirliyi bir gün ərzində üç dronun Moldova Respublikasının hava məkanını pozmasından sonra Rusiya Federasiyasının Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini çağırıb və ona etiraz notası təqdim edib”, - deyə məlumatda bildirilib.

Moldova XİN-in məlumatına görə, üç drondan ikisi ölkə ərazisinə düşərək partlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti