Nepalda qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 20:56 (UTC +04:00)
Nepalda qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Nepalın Çin sərhədinə yaxın Himlunq Himal dağında qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Səlahiyyətli şəxslərin sözlərinə görə, ölənlər arasında turist alpinistlər üçün hazırlıq işlərində çalışan nepallı fəhlələr və dəstək heyətinin üzvləri də var.

Səlahiyyətli şəxslər son itkin şəxsin axtarışlarının davam etdiyini bildiriblər.

Qeyd edək ki, Nepalın Çin sərhədində yerləşən 7 126 metr hündürlüyündəki dağda güclü leysan və qar yağmasından sonra sentyabrın 27-də qar uçqunu baş verib. İtkinlər arasında alpinistlər və dəstək heyətinin üzvlərinin olduğu açıqlanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti