Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qalıb

Hadisə Xəbər 1 Oktyabr 2026 23:28 (UTC +04:00)
Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının 28 May-Lökbatan istiqamətində hərəkət edən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda texniki nasazlıq yaranıb.

Trend-in hadisə yerindəki müxbirinin məlumatına görə, hadisə saat 23:20 radələrində marşrut xəttinin Şıxov çimərliyi yaxınlığından keçən hissəsində baş verib.

Texniki nasazlıq səbəbindən avtobusun hərəkəti dayanıb və sərnişinlər avtobusdan düşürülüb.

Sərnişinlərin mənzil başına çatdırılması üçün xəttə əlavə avtobus cəlb edilib.

Xəbər lenti

Xəbər lenti