Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 05:26 (UTC +04:00)
Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Bakı. Trend:

Ukrayna hökuməti Rusiya ilə hərbi münaqişənin ölkəyə vurduğu ümumi zərəri 600 milyard dollardan çox qiymətləndirir.

Bunu Ukraynanın Macarıstandakı səfiri Fedor Sandor “InfoRadio”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 60 milyard dollardan çox dəyərində sənaye obyektləri dağıdılıb, nəqliyyat infrastrukturuna dəyən zərər 96 milyard, enerji sektorunda itkilər isə 100 milyard dollardan çoxdur.

Diplomat bildirib ki, zərərin həcmi hər gün artır.

Xəbər lenti

Xəbər lenti