Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 04:44 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakı. Trend:

Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək bir sıra ərazilərdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunun A.Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində Nizami, Ə.Ələkbərov, M.Ə.Sabir, M.Bəydəmirov, N.Nərimanov, Ç.Nəzərov, Mənbə, M.Abdullayev və S.Bəhlulzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

Xəbər lenti

Xəbər lenti