Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın yeni geoiqtisadi məkanını formalaşdırır - Hikmət Hacıyev

Siyasət Xəbər 2 Oktyabr 2026 10:11 (UTC +04:00)
Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın yeni geoiqtisadi məkanını formalaşdırır - Hikmət Hacıyev
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Mərkəzi Asiya ölkələri əlaqələrin və nəqliyyat bağlantılarının inkişafına xüsusi diqqət yetirərək Avrasiyada yeni geosiyasi və geoiqtisadi məkan formalaşdırırlar.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin Azərbaycanı region dövlət başçılarının Məşvərət görüşünə iştirakçı qismində qəbul etmək qərarı Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın yeni mərhələsini əks etdirir. Azərbaycanın Mərkəzi Asiya məkanına qoşulması bir növ inteqrasiyadır və Azərbaycan öz köklərinə qayıdır.

O qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya birlikdə daha geniş Xəzər məkanını, eləcə də regionun yeni geosiyasi və geoiqtisadi kimliyini formalaşdırırlar.

H.Hacıyevin sözlərinə görə, əməkdaşlığın əsas istiqamətləri siyasi əlaqələr, iqtisadiyyat, ticarət, biznes və ilk növbədə, qarşılıqlı əlaqələrdir.

“Azərbaycan da Mərkəzi Asiya ölkələri kimi dünya okeanına çıxışı olmayan regionlara aiddir və biz yeni bağlantıların yaradılması istiqamətində fəal işləyirik”, – deyə o qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Avrasiyanın nəqliyyat və kommunikasiya mənzərəsini dəyişdirməyə çalışırlar.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya üçün bağlantılar yalnız yüklərin daşınması ilə məhdudlaşmır, həm də geosiyasi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Avrasiya qitəsinin mərkəzində yerləşən Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb arasında yeni əlaqələr formalaşdırırlar. “Daha geniş Avrasiya qitəsinin tam mərkəzində Azərbaycan və Mərkəzi Asiya Çindən Qərbə və əks istiqamətdə – Şərqdən Qərbə qədər yeni bağlantılar yaradır”, – deyə H.Hacıyev bildirib.

O, həmçinin regionun əhəmiyyətini müəyyən edən amillər kimi gənc demoqrafiyanı, enerji resursları və kritik əhəmiyyətli faydalı qazıntılar da daxil olmaqla strateji resursları qeyd edib.

H.Hacıyev əlavə edib ki, bu kontekstdə Türk Dövlətləri Təşkilatı da mühüm əhəmiyyət daşıyır və iki əməkdaşlıq formatının bir-birini tamamladığını vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti