Bakı.Trend:
Fransanın cənginə almış etiraz dalğası fonunda yuxarı sinif şagirlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb.
Bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, nümayişlər respublikanın 564 təhsil müəssisəsinin qarşısında keçirilir və onların fəaliyyəti pozulub.
Daha əvvəl Fransanın ədliyyə naziri Jerald Darmanen RTL radiostansiyasının efirində bildirib ki, şagirdlərin nümayişlərində 2 min nəfər saxlanılıb. Onların 10 faizi yetkinlik yaşına çatmış şəxslərdir və məktəblərlə heç bir əlaqəsi yoxdur.
Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə paytaxt regionu İl-de-Fransda başlayıb və hazırda ölkənin bütün ərazisinə yayılıb. Aksiyaların iştirakçıları həddən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
