İsveçrə prezidenti istefa verdiyini elan edib

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 17:06 (UTC +04:00)
İsveçrə prezidenti istefa verdiyini elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb.

Bu barədə “Le Temps” qəzeti məlumat yayıb.

İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdilliklə qəbul edir və hər il növbə ilə dövlət başçısı vəzifəsini icra edirlər.

Parmelen bu addımını digər fəal siyasətçilərə yer açmaq və onların da ölkənin ali rəhbərliyində özlərini sınamalarına imkan vermək niyyəti ilə izah edib.

Parmelen 2016-cı il yanvarın 1-dən etibarən 10 il ərzində İsveçrə hökumətində çalışıb ki, bu da ölkə üçün rekord göstəricidir. O, 2021 və 2026-cı illərdə prezident vəzifəsini icra etməklə yanaşı, daha əvvəl iqtisadiyyat, təhsil və tədqiqat naziri vəzifələrində də çalışıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti