Bakı. Trend:
Bu gün Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə şübhəsi ilə bağlı hadisə qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, oktyabrın 2-də saat 10:20 radələrində 14 nəfər (11 kişi və 3 qadın) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Məlumata əsasən, pasiyentlərə zəruri tibbi yardım göstərilib. Onların müalicəsi hazırda müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
