Demokratların seçkilərdə qələbəsi maliyyə böhranına səbəb ola bilər - Tramp

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 06:51 (UTC +04:00)
Demokratların seçkilərdə qələbəsi maliyyə böhranına səbəb ola bilər - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Demokratların noyabrda keçiriləcək aralıq seçkilərdə qələbəsinin ölkədə ciddi maliyyə böhranına səbəb ola biləcəyini bildirib.

Tramp Texasda jurnalistlərə açıqlamasında Demokratların hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-nin 1929-cu ildəki böhrana bənzər iqtisadi böhranla üzləşə biləcəyini deyib.

Qeyd edək ki, 1929-cu ildə başlayan Böyük Depressiya ABŞ-də və dünyada uzunmüddətli iqtisadi tənəzzülə səbəb olmuşdu.

Xəbər lenti

Xəbər lenti