Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 15:28 (UTC +04:00)
Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığını azaltmaq məqsədilə kəsişmədə zolaqların sayı artırılıb.

Xətlənmə işləri aparılaraq düzünə hərəkət üçün əlavə zolaq təşkil edilib. Əvvəllər bu istiqamətdə hərəkət yalnız bir zolaqla mümkün olduğu halda, dəyişiklikdən sonra nəqliyyat vasitələri iki zolaqla hərəkət edə bilirlər.

AYNA-nın məlumatına görə, layihə nəticəsində kəsişmənin buraxılış qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti